İsveçrədə koronavirusa yoluxanların sayı 28 minə çatır

İsveçrədə sutka ərzində 336 nəfər koronavirusa yoluxub, 24 nəfər vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin İctimai Səhiyyə ofisi məlumat yayıb. Bununla İsveçrədə yoluxanların ümumi sayı 27740 minə çatıb. Bu günə kimi ölkədə koronavirusdan 1135 nəfər ölüb.

İsveçrə aprelin 27-dən etibarən koronavirusla bağlı tətbiq etdiyi məhdudiyətləri aradan qaldırmağa başlayacaq.

Qeyd edək ki, epidemiya başlayandan bəri dünyada 2,3 milyondan çox insan koronavirusa yoluxub, ölənlərin sayı isə 161 min nəfərdən artıqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR