Firdovsi Umudov sosial aksiya çərçivəsində 200-dən çox ailəyə yardım edib - FOTO - VİDEO

Firdovsi Umudov sosial aksiya çərçivəsində 200-dən çox ailəyə yardım edib - FOTO - VİDEO
16:47 19 Aprel 2020
241 Ölkə
Ölkə mətbuatı
A- A+

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun başlatdığı sosial aksiyaya Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da qatılıb.

Trend xəbər verir ki, Firdovsi Umudov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin "BİZ BİRLİKDƏ GÜCLÜYÜK!" şüarına dəstək olaraq 200-dən çox aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı tənha şəxslərə, şəhid və qazi ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylayıb.

Federasiyanın vitse-prezidenti, həmçinin xəstə və ehtiyacı olan ailələri evlərində ziyarət edib və digər qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, sosial aksiya karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyalardan olan ailələrlə onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək, bu işdə vətəndaş həmrəyliyini genişləndimək məqsədilə keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/843401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR