"Anamı, atamı, iki cavan qardaşımı, bacımı itirdim"

"Anamı, atamı, iki cavan qardaşımı, bacımı itirdim"
17:42 19 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Xalq artisti Bilal Əliyevə ağır itki üz verib.

Milli.Az bildirir ki, yenicag.az-a açıqlama verən sənətçi atasının qəfildən dünyasını dəyişdiyini deyib:

"Atam sağlam insan idi, amma həyat yoldaşı və övladlarının vaxtsız itkilərinə dözə bilmədi. Anam, iki cavan qardaşım və bacımdan sonra atam da məni tərk etdi. Ölümündən iki saat əvvəl telefonla danışmışdıq, bir-birimizə mahnı oxumuşduq. Xəbər gəldi ki, halı xarabdı. Yolda zəng elədim, son nəfəsində mənə dedi ki, gəlinimdən muğayat ol. Həyat yoldaşımı nəzərdə tuturdu. Salyanda dəfn etdik. Heç kimə demədim, çünki başımı itirmişdim. Anamı, iki cavan qardaşımı, bacımı, indi də beşinci doğmamı, atamı itirdim".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/843415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR