Məşhur futbolçu yoxa çıxıb

Məşhur futbolçu yoxa çıxıb
18:47 19 Aprel 2020
133 İdman
Ölkə mətbuatı
A- A+

"Anderlext"in yarımmüdafiəçisi Samir Nasri koronavirus pandemiyası dövründə yoxa çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, komandası məşqlərini bərpa etsə də, fransalı futbolçu klubun düşərgəsinə qayıtmayıb. Ümumiyyətlə, aprelin 1-dən başlayaraq o, nə klub rəhbərliyi, nə məşqçilər, nə də futbolçularla əlaqə qurub. Samirin çempionatda yaranan fasilə zamanı fərdi məşqləri necə keçirdiyinə dair də klubda məlumat yoxdur. Futbolçunun İnstaqramdakı rəsmi səhifəsində də son paylaşımı 1 apreldə olub.

Xatırladaq ki, Samir Nasri "Anderlext"ə ötən yay "Vest Hem"dən transfer olunub. Bu mövsüm o, 7 oyun keçirib, 1 qol vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/843419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR