Şirk nədir? Onun hansı növləri var?

Şirk nədir? Onun hansı növləri var?
19:42 19 Aprel 2020
453 Maraqlı
Ölkə mətbuatı
A- A+

Şirk sözünün lüğətdəki mənası "şərik" deməkdir. Müşrik o kəsə deyilir ki, Allaha şərik qərar verər. Bu cür insanı bağışlamaq olmaz, məgər o halda ki, tövbə edər. "Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı) bağışlamaz və ondan başqasını (yaxud ondan kiçik günahları) istədiyi şəxs üçün (tövbəsiz) bağışlayar. Allaha şərik qoşan kəs həqiqətən böyük bir günah uydurmuşdur". ("Nisa" 48).

Şirkin növləri vardır ki, onlarla tanış olaq:

1. Xilqətdə şirk etmək. İnsanın və dünyanın xilqətində Allahdan başqasını şərik qoşmaq kimi. "(Müşriklər) cindən Allaha şəriklər qoşdular, halbuki onları Allah yaratmışdır (və yaradılmışın rübubiyyətdə yaradanın şəriki olması qeyri-mümkündür). Nadanlıqdan Onun üçün oğul və qızlar uydurdular. Allah onların vəsf etdiklərindən pak və ucadır". ("Ənam" 100).

2. Ümumi tədbir mövzularında şərik qoşmaq. Bəzi insanlar belə fikirdədir ki, dünyada olan hər bir işə görə bir tədbir edən, "tanrıça" vardır.

Misal üçün, dənizin bir tədbir edəni vardır, göyün bir başqası... Bu insanlar tək Allaha etiqad bəsləmirlər. Necə ki, Firon da o cür insanlardan idi. "Firon dedi: "Həqiqətən, sizə göndərilmiş olan bu peyğəmbər, şübhəsiz, divanədir (mən bir şey soruşuram, o isə başqa şeydən danışır)!"". ("Şuəra" 27).

3. İbadətdə şirk. Onlar Allaha deyil, Aya, Günəşə... ibadət edərlər. Halbuki, Allahdan başqa Xaliq yoxdur. "Göyləri və yeri misilsiz və nümunəsiz yaradandır. Onun zövcəsi olmaya-olmaya övladı necə və haradan ola bilər? Hər şeyi O, yaratmışdır və O, hər şeyi biləndir". ("Ənam" 101).

Bəzi müşriklər Allaha inanırlar, ancaq ona şərik qoşurlar. Bu yolla özlərinə şəfaətçi tapdıqlarını hesab edirlər. "Onlar Allahın yerinə onlara nə bir zərər yetirən və nə də bir mənfəət verən şeylərə ibadət edir və "bunlar Allah yanında bizim şəfaətçilərimizdir" deyirlər. De: "Allaha nə göylərdə və nə də yerdə (guya) xəbəri olmayan bir şeydən xəbər verirsiniz?! O, şərik qoşduqları şeydən pak və ucadır"". ("Yunus" 18).

Allah Təala bizləri tövhid əhlindən qərat versin!

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/841343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR