Karantindən sonra dərslər necə keçiriləcək? -

Koronavirus pandemiyasına görə məktəblər, eləcə də bağçalar fəaliyyətini dayandırıb. Bu isə uşaqlarda bir sıra vərdişlərin yaranmasına səbəb olub. İndi düşündürən suallardan biri də karantin rejimindən sonrakı günlərdə məktəb və digər təhsil müəssisələrinin necə hazırlanması, tədris prosesinin nə cür qurulmasıdır.

Metbuat.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov lent.az-a bildirib ki, koronavirus dünyanın siyasi-iqtisadi, sosial, mədəni vəziyyətini köklü şəkildə dəyişib:

"Biz birdən-birə yeni, virtual dünyaya daxil olduq. Bu yenilik təhsil sisteminə də öz təsirini göstərdi. Artıq online, məsafədən təhsil dövrü başlayıb. 2009-cu ildən qanunvericilikdə distant təhsil nəzərdə tutulsa da, 11 il ərzində bu istiqamətdə heç bir iş görülmədi. Amma tətil elan edildikdən sonra məlum oldu ki, distant – məsafədən təhsil çox zəruridir".

Ekspertin sözlərinə görə, pandemiyadan sonra təkcə ali təhsil sistemində deyil, eyni zamanda orta məktəb səviyyəsində də distant – məsafədən online təhsil mümkün olacaq və biz virtual məktəblərin şahidi olacağıq:"

Koronavirus pandemiyasından sonra da online təhsilin davam edəcəyini düşünürəm. Bu təhsilin əlçatımlılığı üçün çox zəruridir. Çünki bu və ya digər səbəbdən təhsildən kənarda qalanlar, dərsdə iştirak etməyənlər bu vasitə ilə normal dərslərdə iştirak edəcək və dərsin davamlılığı pozulmayacaq.

Distant təhsil xərclərini də azaldacaq ki, bu da təhsil alanların daha çox və fərqli istiqamətlərdə özlərini inkişaf etdirməsinə imkan verəcək. Təhsil verənlər üçün təhsil alanlara lazimi bilik və bacarıqları çatdırmaq üçün online sistemdə böyük yerlər lazım deyil. Lazımı avadanlıqlar qurulmiş balaca otaqlar yetərlidir, bu da öz növbəsində təhsil alanların öz evlərində təhsil alması ilə vaxt və məsafə itkisini azaltmağa gətirib çıxaracaq".

Ekspert hesab edir ki, pandemiyadan sonra hətta qəbul imtahanlarının, elekrton ərizə qəbulunun online olması mümkündür: "Müəyyən proqram təminatı formalaşdırmaqla imtahan iştirakçıları olduqları yerdən imtahanda iştirak edə biləcəklər.

Dərsliklərin də elektron formatda istifadə olunacağı bir dövr gəlib çatıb. Artıq ali təhsildə yeni ixtisaslara ehtiyac var, pandemiyadan sonra əmək bazarında bu ixtisaslara ehtiyac olacaq. Bundan başqa, bütün siferalarda, orta və ali təhsil də daxil olmaqla tamamilə elektron xidmətlərə keçid zəruri olacaq. Ona görə də həmən qurumlar indidən bu prosersə hazırlıqlı olmalıdırlar.

Ümumilikdə bizi yeni bir dövr gözləyir. Bu həm təhsil sisteminə, dəm insanlar arası münasibətlərə, həm də dövlətin idarə edilməsi ilə bağlı olan yeniliklərdir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR