Bakıda 30 yaşlı gənc çoxsaylı bıçaq xəsarətləri aldı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə Xətai rayonunun Nobel prospektində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Bayramov Röyal Rafiq oğlu mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub, dərhal cərrahi əməliyyat icra olunub.

Hazırda R.Bayramovun vəziyyəti ağırdır.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.(report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR