Bakıda 30 yaşlı gənc çoxsaylı bıçaq xəsarətləri aldı

Bakıda 30 yaşlı gənc çoxsaylı bıçaq xəsarətləri aldı
23:27 19 Aprel 2020
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə Xətai rayonunun Nobel prospektində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Bayramov Röyal Rafiq oğlu mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub, dərhal cərrahi əməliyyat icra olunub.

Hazırda R.Bayramovun vəziyyəti ağırdır.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/843460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR