Koronavirus doğuş keçirən qadınlara ciddi təhlükə törədir

Koronavirus doğuş keçirən qadınlara ciddi təhlükə törədir
03:32 20 Aprel 2020
292 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyada üç uşaq anası doğuşdan beş gün sonra koronavirus səbəbindən vəfat edib.

Milli.Az bildirir ki, xəbəri "The Sun" agentliyi yayıb.

37 yaşlı Salina Şou bir həftə əvvəl üçüncü dəfə ana olub. Lakin doğuşdan beş gün sonra qadın vəfat edib. Həyat yoldaşı onun doğuşdan əvvəl koronavirusa yoluxduğunu təsdiqləyib və bildirib ki, Salina Şou şəkərli diabetdən əziyyət çəkib.

Qeyd edək ki, hamilə qadınların doğuşdan qısa müddət sonra vəfat etməsi ilk hal deyil. Ötən həftə Böyük Britaniyada hamilə tibb bacısı doğuşdan beş gün sonra koronavirusdan vəfat etmişdi. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR