Müğənni Talıba pərəstişkarı canlı efirdə evlilik təklif etdi

Müğənni Talıba pərəstişkarı canlı efirdə evlilik təklif etdi
05:32 20 Aprel 2020
402 Şou
Ölkə mətbuatı
A- A+

ATV-də yayımlanan "7 canlı" axşam şousunda gözlənilməz hadisə yaşanıb. 

Milli.Az xəbər verir ki, sözügedən proqramda qonaq olan müğənni Talıb Taleyə canlı efirə qatılan Alsu adlı sarışın xanım evlilik təklifi edib. 
 
"Bəlkə də Talıb bəy indi söyləyəcəklərimdən şoka düşəcək, amma bu verilişə məhz onun üçün qatılmışam. Talıb bəy məni tanımır, çünki onun gizli pərəstişkarıyam. Onun şəkillərini yığıb albom etmişəm. Nişanlı olduğundan ürək edib ona yaxınlaşa bilmirdim. Talıb bəyin nişanlı olması qarşımı kəsirdi. Ona mane olmaq istəmirdim. 
 
Bəlkə də Talıb bəy buna hazır deyil, amma mən ona ürəyimi açmaq istəyirəm. Bilirəm ki, nişanını qaytarıb və hazırda subaydır. Bu mənim üçün böyük fürsətdir. Talıb bəylə evlənmək istəyirəm. Onunla evlənmək istədiyimi hətta ailəm də bilir. Otağımın hər yerində Talıb bəyin fotoları var. Yalnız onun mahnılarına qulaq asıram".
 
Canlı efirdən müğənniyə elçi düşən xanımın cəsarət dolu etirafı müğənninin heyrətinə səbəb olub. Sənətçi evlilik təklifini belə şərh edib:
 
"Bu xanımın simasında yüzlərlə belə pərəstişkar görmüşəm. Xanımın hislərinə hörmətlə yanaşıram. Müğənni kimi mənə qiymət verdiyiniz üçün sizə təşəkkürümü bildirirəm, amma hələ ki evlilik haqqında düşünmürəm. Cəsarətinizə görə, çox sağ olun"
 
Qeyd edək ki, müğənni Talıb Tale 2018-ci ilin mayında nişanlanıb. İl yarım nışanlı qalan Talıb ötən ilin payızında nişanlısından ayrılıb. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/843445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR