Bal ətirli bədrəncotu

Bal ətirli bədrəncotu
07:22 20 Aprel 2020
370 Ölkə
Ölkə mətbuatı
A- A+

El arasında ballı nanə adı ilə tanınan bədrəncotu asan yetişdiyi üçün onu lap qədim zamanlardan bağ və bostanlarda əkib-becərirdilər. Bitkidən bal ətri gəldiyinə görə ona ballı nanə adı verilib. Lakin bitki limon otu, limon nanəsi, arı nanəsi və başqa adlarla da tanınır. Arıçılıqla məşğul olanlar hədsiz şirə ifrazına görə arı pətəklərini bədrəncotu bitən yerlərin yaxınlığında qoyurlar. Bitkinin nektarı arıların aqressivliyini azaldır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bədrəncəotunun çiçək və yarpaqlarının ətri əhvalı yaxşılaşdırır, fitonsidləri havanı təmizləyir.

İbn Sina bədrəncotunun ürəyi açdığını və zehni aydınlaşdırdığını yazırdı. Qədim təbiblər Pliniy və Dioskorid bitkidən ağcaqanad dişləməsi, qarında ağrı, qəbizlik və revmatizm zamanı istifadə etməyi tövsiyə edirdilər. Qədim təbiblərdən olan Pratsels isə bədrəncotunu təsir gücünə görə qızıla bərabər tutaraq yüksək qiymətləndirirdi. Fransız həkimi Odo isə bədrəncin duzla qarışığını it dişləməsi üzərinə qoymağı məsləhət görürdü.

Bədrəncotu tibdə nevroz, neyrosirkulyator distoniya, arterial hipertenziya, ümuminfeksion xəstəliklərin yüngül formaları, taxikardiya, kəskin və xroniki həzm xəstəlikləri, disbakterioz, meteorizm, ekzema və digər xəstəliklər zamanı çox səmərəli təsir göstərir. Əsasən çay, dəmləmə, islatma, yaxalama, yağ formasında tətbiq edilir.

Bədrəncotudan hazırlanan çay soyuq halda təravətləndirici, isti halda isə tərlədici içki kimi içilir. Az miqdarda qaynar suda isladılmış təzə bədrəncotu ağrıkəsici vasitə kimi yaraların, hərəsindən 1 xörək qaşığı bədrəncotu və bağayarpağı xırdalanıb qarışdırılaraq döyənəklər üzərinə qoyulur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/843437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR