Tarixin ən dağıdıcı yanğınları

Tarixin ən dağıdıcı yanğınları
07:57 20 Aprel 2020
281 Maraqlı
Ölkə mətbuatı
A- A+

Tarix boyu yanğınlar təkcə əmlakı deyil, insan həyatını məhv etməklə, eləcə də iqtisadiyyata böyük zərər vurmaqla dəfələrlə fəlakətlərə səbəb olublar.

Milli.Az oxu.az-a istinadən bəşəriyyət tarixində baş verən ən dəhşətli və dağıdıcı yanğınları təqdim edir:

Romada yanğın

Bu, barəsində günümüzə qədər məlumat gəlib çatan ilk yanğınlardan biridir. Hadisə 64-cü ildə Romada baş verib. Alov bütün şəhəri bürümüşdü və demək olar, yeddi gün tüğyan etmişdi. Yanğın nəticəsində xeyli insan həlak olmuşdu. Sağ qalanlar isə evsiz qalmışdılar.

Böyük London yanğını

Böyük London yanğını 1666-cı ildə baş vermiş və dörd gün davam etmişdi. O zaman şəhərdə əksər evlərin damı samandan idi, buna görə də yanğın böyük sürətlə yayılmışdı. Bundan başqa, güclü külək də yanğının yayılmasına səbəb olmuşdu. Hadisə nəticəsində 13 500 ev, 87 kilsə məhv edilmiş, həmçinin administrasiyanın bütün binaları yanmışdı. Çoxlu insan həlak olmuşdu. Yanğın şəhərin iqtisadiyyatına böyük zərbə vurmuşdu, bərpa işləri təxminən 50 il davam etmişdi.

Lissabonda yanğın

1755-ci ildə Lissabonda əsl fəlakət baş vermişdi. Hər şey böyük zəlzələnin baş verməsi və nəticədə şəhərin üzərinə sunami çökməsi ilə başlamışdı. Bundan sonra Lissabonda yanğın başlamış və nəticədə çox sayda binalar məhv olmuşdu. Faktiki olaraq şəhər yarıya qədər dağılmışdı, 40 min insan həlak olmuşdu. Ümumilikdə, 100-dən çox kilsə, eləcə də kral sarayı daxil olmaqla, çoxlu sayda saray yanmışdı.

Moskvada yanğın

Moskvada yanğın 1812-ci ildə şəhər fransızlar tərəfindən ələ keçirildikdə başlamışdı. Güclü külək nəticəsində, yanğın ildırım sürəti ilə yayılmışdı. Hadisə nəticəsində 9151 yaşayış evinin 6496-sı, 329 məbədin 122-si məhv olmuşdu. 2000-ə qədər yaralı Rusiya əsgəri alovda həlak olmuşdu. Teatrlar, kitabxanalar və digər mühüm binalar məhv olmuşdu.

Çikaqoda böyük yanğın

Çikaqoda yanğın 1871-ci ildə baş verib və təxminən üç gün davam edib. Hər şey bir binanın yanması ilə başlayıb, lakin yanğın dərhal qonşu binalara keçib və tezliklə bütün şəhəri bürümüşdü. Yanğının qurbanlarının dəqiq sayı indiyə qədər də bilinmir, lakin məlumdur ki, onların sayı 300-dən çoxdur. 90 min nəfər isə evsiz qalmışdı.

Bostonda yanğın

Bu, ABŞ-da ən bahalı yanğın hesab olunur. O, 1872-ci ildə baş vermiş və çoxlu sayda binaların, yaşayış evlərinin, bazarın dağılmasına gətirib çıxarmışdı. Şəhərin iqtisadiyyatına çox böyük ziyan dəymişdi. Minlərlə insan evsiz qalmışdı.

Kalimantan adasında meşə yanğını

Bu yanğın 1982-ci ildə baş verib və adanın xeyli hissəsini əhatə edib. Yanğın təxminən 10 ay sürmüşdü və nəticədə 800 min hektar meşə ərazisi yanmışdı. Hadisə nəticəsində bir neçə nadir heyvan və bitki növünün nəsli kəsilmişdi.

Avstraliyada yanğın

Avstraliyada 2009-cu ildə meşə yanğınları baş vermişdi, nəticədə Merisvill şəhərində 181 nəfər həlak olmuş. 750 bina tamamilə məhv olmuşdu. Şəhərin təxminən 80%-i yanğın nəticəsində məhv olmuşdu.

Lakin Avstraliyadakı yanğınlar 2019-cu ildə təkrarlanmışdı. Nəticədə 6,3 milyon hektardan çox meşə ərazisi yanmışdı. Hadisə nəticəsində 7 000-ə yaxın bina dağılmışdı. Yanğın zamanı xeyli sayda  heyvan həlak olmuşdu. Bu, tarixin ən böyük meşə yanğını hesab olunur.  

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/843456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR