Kanadada atışma nəticəsində ölənlərin sayı 17-yə çatdı

Kanadada atışma nəticəsində ölənlərin sayı 17-yə çatdı
08:57 20 Aprel 2020
271 Dünya
Ölkə mətbuatı
A- A+

Kanadanın Yeni Şotlandiya vilayətində atışma qurbanlarının sayı 17 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə CBC telekanalı Milli Polis komissarı Brenda Lakiyə istinadən bildirib.

B.Lakinin sözlərinə görə, 17 ölən arasında atəş açan şəxs də var. Polis komissarı əlavə edib ki, qurbanların sayı arta bilər, araşdırma davam edir.

Qeyd edək ki, daha əvvəl kanal hadisə nəticəsində 13 nəfərin öldüyünü bildirmişdi.

Hazırda 51 yaşlı Qabriel Uortman Portalik şəhərində, daha sonra Portalikdən 50 km radiusda olan bir sıra digər yaşayış məntəqələrində insanlara atəş açdığı məlumdur. Bildirilib ki, Uortman polis formasında olub və patrul maşınına minmişdi, amma hüquq-mühafizə orqanlarının əməkdaşı deyildi.

Kanadanın Baş naziri Castin Trüdo həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR