İlk koronavirus xəstələrinə baxan həkimdən ETİRAF:

Ötən ilin sonlarında Çində meydana gələn koronavirusa yoluxmuş ilk xəstələrə baxan həkimlərdən biri virusun ilk günlərində yaşananlar barədə danışıb.

Metbuat.az xəbər verir ki, çinli həkim xəstəliyin bu qədər yoluxucu olacağını düşünmədiklərini bildirib:

"27 dekabrda Yoluxucu Xəstəliklər Mərkəzindən gəlib bir nümunə aldılar. Sürətli reaksiya verdiklərini fikirləşirəm, amma başda xəstəliyin bu qədər sürətli yayılacağını heç təxmin etməmişdik".

İlk xəstələr barədə danışan həkim koronavirusa yoluxan ilk 7 xəstənin simptomlarının eyni olduğunu deyib:

"On gün düşməyən qızdırma, xəstəxanaya gətirilmədən əvvəl 3 gün döş qəfəsində ağrılar, hər iki ağciyərdə xırıltı. İlk 7 xəstədə bu əlamətlər var idi. Dərman və ağrıkəsicilərlə müalicə tətbiq etdik".

Həkim insanlara yeni virus haqqında insanlara xəbərdarlıq etməkdə gecikdikləri fikirlərinə qarşı qeyd edib:

"Biz özümüz də virusu anlamağa çalışırdıq. Dəqiq bir məlumata sahib olmadan xalqa açıqlama verə bilməzdik. Bu tərz məlumatları açıqlamadan öncə elmi bir müddət lazım olur".

Mənbə: sondakika.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR