Həyat yoldaşının ağ ciyərlərinə 15 volt cərəyan verdi -

Türkiyəli həkim elektrik cərəyanı vasitəsi ilə koronavirusu sağaldıb.

Metbuat.az xəbər verir ki, həyat yoldaşı ilə birlikdə koronavirusa yoluxan Sərkan Tunç, virusa 15 volt elektrik cərəyanı tətbiq edərək xəstəliyin öhdəsindən gəldiyini iddia edir. Tapdığı metoddan Elm heyəti və Türkiyədəki 80 ölkənin səfirliyi ilə paylaşan Tunç, ''YouTube'' da bununla bağlı video görüntü paylaşıb.

''Biz ailə həkimiyik. Atam və qardaşım da həkimdir. Sahib olduğumuz ailə şirkətini idarə edirəm. Koronavirus epidemiyası başlayanda nə edə biləcəyimi düşünməyə başladım. Bir neçə təcrübə etdik. Həyat yoldaşım və mən koronavirusa yoluxduğumuzu biləndə evdə özümüzü təcrid etdik. 10 gün sonra həyat yoldaşımda simptomlar var idi. Yeri gəlmişkən, cihazı üç həftə əvvəldən hazırlamışdıq. Bir anda simptomların görünüşü ilə sınamaq qərarına gəldik. Ağciyərlərə 30 dəqiqə müddətində 15 volt cərəyan tətbiq etdik. Müalicədən sonra öskürək azalmağa və qızdırma düşməyə başladı. Rahat bir gecə yuxusundan sonra səhər heç bir simptom yox idi. Bu üsul, şübhəsiz ki, insana zərər vermir. Çünki mobil telefonundan bu qədər elektrik alırıq. Virus əvvəlcə ağciyərə hücum etmək istəyir, lakin qan vasitəsilə bədənə yayılır. Elektrik cərəyanı verdiyimiz zaman bədənin cavabı belədir: Antikorlar ölü viruslarla qarşılaşır və bədən öz-özünə vaksinlər istehsal etməyə başlayır. İlk sınaqdan dörd gün sonra həyat yoldaşım yenidən öskürməyə başladı. Yenidən elektrik cərəyanını tətbiq etdik. Son cəhddən 10 gün keçdi, həyat yoldaşım son dərəcə sağlamdır. Virus mənə çox təsir etmədiyindən müalicəyə ehtiyac duymadıq.''

Sərkan Tuncun bu üsul ilə virusu sağaltmasına münasibət bildirən Anestizioloq Nəzih Bərksoy deyir ki qəbul edilmiş qaydalardan əlavə belə alternativ metodları dərhal rədd etmək və ya qəbul etmək düzgün deyil. Amma təcrübələrdə bu üsulu sınayıb təkmilləşdirmək maraqlı olardı.

'' Koronavirusla bağlı belə alternativ üsuallar üçün klinik tədqiqatlar üçün çox uyğundur. Elmi araşdırıla bilər.''



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR