Azərbaycan Ordusundan təxris başladı

Bu gündən etibarən Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrdən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasına başlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat Xidmətindən bildirilib.

"Müdafiə nazirinin tapşırığına əsasən ehtiyata buraxılacaq şəxsi heyət Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaq. Qeyd edək ki, xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə alınmaqla ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır", - nazirlikdən bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR