Həyat yoldaşının bədəninə cərəyan verdi -

Koronavirusa yoluxan həyat yoldaşını elektrik cərəyanı ilə sağaltdı.

Metbuat.az xəbər verir ki, bir fond şirkətinin rəhbəri olan Sərkan Tunç adlı türk 15 voltluq elektrik cərəyanı tətbiq edərək cihazla özünü və həyat yoldaşını koronavirusdan sağaldıb.

Araşdırmalarını Türkiyənin Elm Şurasına və ölkədəki 80 səfirliyə təqdim edən Sərkan Tunc deyir ki, onun ailəsi həkimdir .

''Həyat yoldaşım və mən koronavirusa yoluxduğumuzu biləndə evdə özümüzü təcrid etdik. 10 gün sonra həyat yoldaşımda simptomlar var idi. Yeri gəlmişkən, cihazı üç həftə əvvəl hazırladıq. Bir anda simptomların ortaya çıxması ilə sınamaq qərarına gəldik. Həyat yoldaşımın agciyərlərinə 15 volt və 300 Hz elektrik cərəyanını 30 dəqiqə tətbiq etdik. Müalicədən sonra öskürək azalmağa və qızdırma düşməyə başladı. Rahat bir gecə yuxusundan sonra səhər heç bir simptom yox idi. Bu üsul, şübhəsiz ki, insana zərər vermir. Çünki mobil telefonundan bu qədər elektrik alırıq. Virus əvvəlcə ağciyərə hücum edir, lakin qan vasitəsilə bədənə yayılır. İlk sınaqdan dörd gün sonra həyat yoldaşım yenidən öskürməyə başladı. Yenidən elektrik cərəyanını tətbiq etdik. Son cəhddən 10 gün keçdi, həyat yoldaşım son dərəcə sağlamdır. Virus mənə çox təsir etmədiyindən müalicəyə ehtiyac duymadıq.''

Sərkan Tuncun bu ixtirası ilə koronavirusu sağaltmasına mütəxəssislərin fikri birmənalı deyil. Çünki Sərkan Tunçun hazırladığı cihaz elmi baxımdan araşdırılmalıdır. Yalnız bundan sonra cihazın virusu sağaltmasına dair bir fikir söyləmək olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR