Qohumunu yük avtomobilində gizlədərək rayona aparmaq istədi - FOTO - VİDEO

Qohumunu yük avtomobilində gizlədərək rayona aparmaq istədi - FOTO - VİDEO
13:42 20 Aprel 2020
179 Ölkə
Ölkə mətbuatı
A- A+

Xüsusi karantin qaydalarını pozaraq yük avtomobilinin salonunda qohunumu gizlədib Balakən rayonuna keçirmək istəyən sürücü və həmin şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki postda aparılan profilaktik tədbirlər zamanı Kürdəmir rayon sakini Allahverdi Eybalıyevin idarə etdiyi "Shacman" markalı yük maşını saxlanılıb.

Həmin nəqliyyat vasitəsinin salonuna baxış zamanı müvafiq icazəsi olmadan karantin qaydalarını pozaraq gizli şəkildə Balakənə gəlmək istəyən sürücünün qohumu Emil Fətəliyev müəyyən edilib.

Hər iki şəxs barəsində Balakən Rayon polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək cərimə ediliblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/843557.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR