Koronanın ilk simptomu artıq bu ola bilər - Mütəxəssisdən ŞOK AÇIQLAMA

Koronanın ilk simptomu artıq bu ola bilər - Mütəxəssisdən ŞOK AÇIQLAMA
13:53 20 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Son araşdırmalara görə, anidən meydana gələn iybilmə qabiliyyətinin itirilməsi koronavirusun ilk simptomu ola bilər.

Publika.az xəbər verir ki, bunu Qulaq, Burun-Boğaz üzrə türk mütəxəssis İsmail Koçak deyib.

Professor virusun ortaya çıxdığı Çində aparılan araşdırmalarda iybilmə və dadbilmə qabiliyyətindən bəhs edilmədiyi, lakin fevral ayının sonundan bəri Avropadan gələn bilgilərdə bu qabiliyyətlərə diqqət çəkməyə başladığını vurğulayıb.

Dikkat! Koronanın ilk belirtisi olabilir...

“Bu durum mövsümi dəyişikliklərdən də qaynaqlana bilər. Bilirik ki, yaz mövsümünün gəlməsi ilə birlikdə allergik rinit kimi xəstəliklərdə ani qoxu itirilməsi görülə bilər. Lakin bu, pozitiv xəstələrlə təmas ehtimalı yüksək olan insanlarda əhəmiyyətli erkən simptom olaraq dəyərləndirilə bilər. Bu şəxslər qızdırma kimi kəskin simptomlar hiss edərsə, mütləq həkim müraciət etməlidir”, - professor qeyd edib.

İybilmə qabiliyyətinin itirilməsinin ilk olaraq İrandan gələn bilgi olduğuna diqqət çəkən İ.Koçak son həftələrdə Cənubi Koreyada COVİD-19 testi pozitiv çıxan xəstələrin 34%-də qoxu və ya dadbilmə qabiliyyətində dəyişiklik olduğu qeyd edib: “Daha sonra İtaliya, İngiltərə və Almaniyada bənzər faktlar aşkarlanıb. Toplumda yuxarı tənəffüs yolu infeksiyası, allergiya, depressiya, dərman istifadəsi, burun tıxanıqlığı kimi səbəblərdən qoxu və dadbilmə qabiliyyətinin itirilməsinə rast gəlinir. Lakin heç bir səbəb və ya symptom olmadan bu dəyişiklik baş verərsə, bu, COVİD-19-un əlaməti ola bilər”.

Koronavirusun əsas simptomu qızdırma deyil, budur - Mütəxəssislər AÇIQLADI/VİDEO

Koronavirusun səbəb olduğu qorxunc xəstəlik üzə çıxdı: bu orqanı məhv edir və insan... - ŞOK AÇIQLAMA

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/311327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR