Professor koronavirusun süni mənşəli olma ehtimalını QİYMƏTLƏNDİRDİ

Professor koronavirusun süni mənşəli olma ehtimalını QİYMƏTLƏNDİRDİ
14:28 20 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Bənzər SARS-CoV-2 virusu süni şəkildə icad edilə bilməz.

Publika.az xəbər verir ki, bu fikri Rusiya Elmlər Akademiyasının professoru, tibb elmləri doktoru Aleksandr Lukaşev bildirib. Eskpertin sözlərinə görə, tənəffüs yollarına təsir edən və müəyyən bir şəkildə yayılan bu cür ölümcül bir virusun süni şəkildə yaradılması demək olar ki, mümkün deyil. Buna baxmayaraq, virusun süni mənşəli olmasına dair daha real bir ssenari var.

Professor qeyd edib ki, bu adi virusoloji təcrübədir. Tədqiqatçılar virusu başqa bir heyvana tətbiq etməyə çalışır və belə bir ssenarinin mümkün olub-olmadığını öyrənməyə çalışır.

“Biz yarasa virusunu və insan hüceyrələrini alıb müəyyən manipulyasiyalar həyata keçiririk və nəticədə insanlara ötürülən yarasa virusu əldə edirik”, - deyə “Vladimir Solovyovla bazar günü axşamı” (Воскресный вечер с Владимиром Соловьёвым) proqramında virusoloq bildirib.

Professor bu cür vasitələrin virusologiyada standart olduğunu və prosesi virusun genomu ilə izləmək mümkün olmadığını vurğulayıb.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/311317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR