Rusiyadan pullar "qaçır"

Rusiyadan pullar "qaçır"
23:12 17 Yanvar 2015
128 Dünya
Ölkə mətbuatı
A- A+

2014-cü ildə Rusiyadan kapital axını bütün proqnozları üstələyərək 151.5 milyard dollara çatıb, Rusiya Mərkəzi Bankı xəbər verir.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, bu rəqəm 2013-cü ilin müvafiq göstəricisindən 2.5 dəfə çöxdur.
2013-cü ildə ölkədən kapitaln axını 61 milyard dollar olmuşdur.
 
Rusiya üçün böhranlı 2008-ci ildə isə kapital axının ötən ilki göstəricidən 20 milyard dollar az olub - o zaman müvafiq rəqəm 133.6 milyard təşkil etmişdi.
2014-cü ilin noyabr ayında Rusiya Mərkəzi Bank ölkədən kapital axının 2014-cü ildə 128 milyard olacağını proqnozlaşdırmışdı.
 
Kapital axının maksimum həcmi 2014-cü ilin son 3 ayına təsadüf edib - həmin dövr ərzində özəl sektorda kapital axını 72.9 milyard təşkil edib, bu isə keçən ilin müvafiq dövründən 4.3 dəfə çoxdur - o zaman kapital axını 16.9 milyard dollara bərabər olmuşdu.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR