İrandan DƏHŞƏTLİ GÖRÜNTÜ: Koronavirusa görə minlərlə cəsədin üstünə torpaq tökdülər -

İranda koronavirus səbəbindən toyuq ətinə olan tələbat azaldığından yüz minlərlə cücə tələf edilib.

Metbuat.az xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan görüntülər istifadəçilərin etirazına səbəb olub. Sözügedən videoda bir yük maşınının içindəki cücələrin boş bir əraziyə tökülərək üstünün torpaqla örtüldüyü görülür.

İranın Kənd Təsərrüfatı nazirinin köməkçisi Mürtəza Rizai görüntülərlə bağlı belə deyib:

"Koronavirus səbəbindən bir günlük cücə istehsalına məhdudiyyət gətirilmişdi. Ancaq bu məhdudiyyətə əməl etməyən istehsalçılar cücələri tələf etmək məcburiyyətində qalıblar".

Mənbə: Haber7


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR