Ermənistan prezidenti Çanaqqalaya getməyəcək

Ermənistan prezidenti Çanaqqalaya getməyəcək
23:12 17 Yanvar 2015
126 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sarkisyan Türkiyədə aprelin 24-də qeyd edilən Çanaqqala savaşının 100 illiyilə bağlı bayram tədbirində iştirakdan imtina edib.

Milli.Az BBC-yə istinadən bildirir ki, Ermənistan prezidentini tədbirə Türkiyəyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəvət etmişdi.
 
Qərbdə Gallipoli savaşı adı ilə tarixə düşmüş Çanaqqala savaşının yubileyinə rəsmi Ankara tərəfindən 100-ə yaxın ölkənin liderlərinə dəvətnamələr göndərilib.
Prezident Sarkisyan Türkiyə prezidentinə yazdığı cavab məktubunda Ankaradan əvvəlcə aprelin 24-də Ermənistanda qeyd olunan Osmanlı Türkiyəsi dövrünə aid erməni qırğınını tanımağı təklif edib.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/50974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR