"Liverpul" məşqləri bərpa edir

"Liverpul" məşqləri bərpa edir
18:37 20 Aprel 2020
274 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul" mayda məşqləri bərpa etməyə hazırlaşır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə klubun yarımmüdafiəçisi Pedro Çirivelya məlumat verib.

İspaniyalı futbolçu ölkə mətbuatına komandanın gələn ay məşqləri bərpa edəcəyini açıqlayıb: "Mayın əvvəli fərdi şəkildə hazırlığa başlayacağıq. İki həftə sonra isə komanda ilə birgə məşqləri bərpa edirik. İyunda Premyer Liqaya qaldığımız yerdən davam edə bilərik".

Qeyd edək ki, "Liverpul" ikinci sıradakı "Mançester Siti"ni 25 xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/843602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR