Daha bir ölkədə karantin rejimi yumşaldıldı - Ticarət mərkəzləri fəaliyyətə başladı

Daha bir ölkədə karantin rejimi yumşaldıldı - Ticarət mərkəzləri fəaliyyətə başladı
18:47 20 Aprel 2020
334 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyada yeni tip koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə 22 martdan bəri tətbiq edilən qaydalar yumşaldılır.

Milli.Az xəbər verir ki, koronavirusun nəzarətə alındığı ölkədə 800 kv/m sahəsi olan mağazalar açılıb.

Ticarət mərkəzləri və böyük mağazalar ciddi gigiyena qaydaları çərçivəsində xidmət göstərməyə başlayıb. Erkən saatlarda xidmətin başlanmasına baxmayaraq, çox az sayda insan ticarət mərkəzlərinə gedib. Vətəndaşların sosial məsafə qaydalarına riayət etdiyi və maska taxdığı müşahidə olunub.

Bütün bunlara baxmayaraq, restoran, kafe və əyləncə mərkəzlərinin açılmasına hələ ki, icazə verilmir./Publika.az

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR