"Komandada qalması üçün Ronaldonun qarşısında diz çökdüm"

"Komandada qalması üçün Ronaldonun qarşısında diz çökdüm"
18:57 20 Aprel 2020
271 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"in sabiq müdafiəçisi Marko Materatsi əfsanəvi braziliyalı futbolçu Ronaldonun 2002-ci ildə "Real"a keçidini dəyərləndirib.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, İtaliya millisinin keçmiş üzvü "yekədiş"in "neradzurra"nı tərk etməsinə Ektor Kuperin səbəb olduğunu bildirib.

O, qalması üçün Ronaldoya yalvardığını da vurğulayıb: "Ronaldo zədədən qayıtdıqdan sonra "İnter"də qalmaq istəyirdi. Hətta 2002-ci ildə ayrılmaq fikrində deyildi. Amma sonra fikrini dəyişdi. Bir gün paltardəyişmə otağında qarşısında diz çökdüm və qalmağını xahiş etdim. Lakin onun cavabı belə oldu: "Ya mən, ya da Kuper". Ondan sonra ayrılacağını anladım".

Qeyd edək ki, 1997-2002-ci illərdə "İnter"in formasını geyinən Ronaldo 45 milyon avro qarşılığında "Real"a transfer olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/843605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR