Ruhi Əliyeva: "İnsanların gözündəki sevinci, minnətdarlığı heç nəyə dəyişmərəm" - VİDEO

Ruhi Əliyeva: "İnsanların gözündəki sevinci, minnətdarlığı heç nəyə dəyişmərəm" - VİDEO
19:03 20 Aprel 2020
439 Şou
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına səs verən iş xanımı, Liatris Holdinqin rəhbəri Ruhi Əliyeva növbəti sosial dəstək tədbirini gerçəkləşdirib. İş xanımı bu dəfə Tovuzda 250 ailəni sevindirib.

Publika.az-ın News24.az-a istinadən məlumatına görə, iş xanımı rayonun böyük kəndlərindən olan Əyyubluda yaşayan karantin rejimi ilə bağlı evdən çıxmaları qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşlılara, şəhid və Qarabağ müharibəsi iştirakçılarının ailələrinə, aztəminatlı şəxslərə baş çəkilib, onlar üçün apardığı ərzaq sovqatları təqdim edib. İş xanımı görüşdüyü ailələrlə səmimi söhbət edib, onların problemləri, qayğıları ilə yaxından maraqlanıb.

Səfər zamanı ilk ünvan şəhid və Qarabağ qazilərinin evi olub. İş xanımı söhbətləşdiyi şəhid ailələrindən birinin sosial problemlərinə dəstək məqsədiylə Liatris Holdinqin büdcəsindən aylıq təqaüd təyin edib.

Eyni zamanda o, aztəminatlı ailələrdən birinin övladı - Gəncə Dövlət Universitetinin 2-ci kurs tələbəsinin təhsil haqqının ödənilməsini də öz üzərinə götürüb.

Daha sonra Liatris Holdinqin rəhbəri Əyyublu Ərazi İcra Nümayəndəsi Fariz Qocayevin bələdçiliyi ilə kənddəki aztəminatlı ailələrə baş çəkib. O, ərzaq sovqatı ilə yanaşı bəzi ailələrə birdəfəlik maddi yardım da göstərib.

Tovuz səfərindən çox təsirləndiyini deyən iş xanımı bu yardım tədbirindən sonra özündə mənəvi rahatlıq tapdığını bildirib: "Əyyublu mənim doğulub-böyüdüyüm kənddir. Bakıda ard-arda xeyriyyə tədbirləri keçirəndə belə bir aksiyanı Tovuzda eləmədiyim üçün özümü qınayırdım. Düşünürdüm ki, ordakı insanlara da əl uzatmalı, onlara da maddi-mənəvi dəstək olmalıyam. Bu, həm iş xanımı, həm azərbaycanlı, həm də tovuzlu kimi mənim borcumdur. Şükürlər olsun ki, bu təşəbbüsüm baş tutdu. Orda məndən dəstək gözləyən insanlara baş çəkə bildim. Və bu səfər məni çox təsirləndirdi. Orda bir xanımın mənə “Ruhi, səni Allah yetirdi" deyib boynuma sarılmasını heç zaman unutmayacam. O qadının sözlərindən çox kövrəldim. Əgər az da olsa, ordakı insanların dərdinə dərman ola, çətinliyinə əl yetirə bildimsə, çox xoşbəxtəm. O insanların gözündəki sevinci, minnətdarlığı heç nəyə dəyişmərəm".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/311367.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR