Rusiyalı futbolçu məşq zamanı öldü

Rusiyanın "Lokomotiv" (Moskva) klubunun yetirməsi İnnokenti Samoxvalov dünyasını dəyişib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, , fərdi məşq zamanı halı pisləşən 23 yaşlı futbolçu qəflətən ölüb. Faciənin dəqiq səbəbi araşdırılır.

Ailəli olan gəncin özündən sonra azyaşlı övladı qalıb.

Qeyd edək ki, İnnokenti Samoxvalov "Lokomotiv"in farm-klubu olan "Kazanka"da çıxış edirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR