Bakıda avtoyuma məntəqəsindən avtomobil qaçırılıb

Bakıda avtoyuma məntəqəsindən avtomobil qaçırılıb
19:42 20 Aprel 2020
174 Ölkə
Ölkə mətbuatı
A- A+

Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birindən "BMW" markalı avtomobili qaçırmaqda şübhəli bilinən R.Əhmədov avtomobillə birgə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Məmmədov aprelin 18-də rayon ərazisindəki avtoyuma məntəqələrinin birindən "BMW" markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini R.Əhmədov aprelin 19-da A.Cəlilov küçəsində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/843625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR