Viktoriya Bekhemdən qalmaqallı davranış

Viktoriya Bekhemdən qalmaqallı davranış
22:05 20 Aprel 2020
215 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyaca məşhur moda dizayneri Viktoriya Bekhem karantin rejimində 30 işçisini öz hesablarına məzuniyyətə göndərib. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, "Space Girls" qrupunun keçmiş solistinin bu cür addımı İngiltərədə qalmaqala səbəb olub. Qərb  KİV yazıb ki, 46 yaşlı Viktoriya işdə saxladığı digər əməkdaşların maaşlarının 20 faizini kəsib.

İngilis mətbuatının tənqidi məqalələrində qeyd olunub: "1, 5 milyon sterlinqlik çanta kolleksiyan, 2, 9 milyard sərvətin var. Mayamidə 31 milyona villa alıb oğluna 100 minlik ad günü etməyə gücün çatır, ancaq 30 işçinin maaşını vermirsən".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/843661.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR