''Koronavirusun pandemiya olacağı ağlımıza gəlmədi'' - həkimin etirafı

''Koronavirusun pandemiya olacağı ağlımıza gəlmədi'' - həkimin etirafı
22:12 20 Aprel 2020
272 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin Vuhan əyalətində meydana gələn koronavirusa youxan xəstələrə baxan ilk həkim gözlənilməz açıqlamalar verib.

Milli.Az xəbər verir ki, yeni növ koronavirusla mübarizə aparan ilk həkimlərdən biri açıqlamasında ''Xəstəliyin nə dərəcədə yoluxucu olduğunu anlamamışdıq. 27 dekabrda yoluxucu xəstəliklər mərkəzindən gəlib nümunə üçün analiz götürdülər. Nə qədər tez üstünə düşsək də hər şeyin bu həddə gələcəyini gözləmirdik'' sözlərini deyib. 

Eyni zamanda o ilk xəstələrin simptomları haqqında da danışıb. ''İlk xəstələrin 10 gün düşməyən temperaturu və 3 gün şiddətli sinə ağrıları olurdu. Hər iki ağ ciyərdə xırıltı əmələ gəlirdi. İlk 7 xəstənin simptomları eyni idi və antibiotiklə müalicə etməyə çalışdıq. Bizi dünya mediasına gec xəbər verməkdə günahlandırırlar. Lakin biz özümüz də nə baş verdiyini tam anlamamışdıq. Dəqiq bilgimiz olmadığı halda panika yarada bilməzdik. Bu tip məlumatları yaymadan əvvəl müəyyən müddətli vaxt gərəkdir''. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR