Belarus 9 may paradını təxirə salmadı

Belarus 9 may paradını təxirə salmadı
22:37 20 Aprel 2020
292 Dünya
Ölkə mətbuatı
A- A+

Belarus 9 may Qələbə günü münasibətilə nəzərdə tutulan hərbi paradı təxirə salmaqdan imtina edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.

Nazirlik bildirib ki, koronavirus epidemiyasına baxmayaraq, parad və onunla bağlı məşqlər ləğv edilməyəcək, çünki bu, ordunun hərbi hazırlığının bir hissəsidir.

Belarusda hərbi paradın ləğv olunması üçün 7 min sakinin imzası petisiya dərc olunmuşdu.

Qeyd edək ki, ötən həftə Rusiya İkinci dünya müharibəsində faşizm üzrəində qələbənin 75-ci ildönümü ilə əlaqədar hərbi parad sonrakı tarixə təxirə salınmışdı.

Belarusda bu günə qədər 6 264 nəfər koronavirusa yoluxub, 51 nəfər həyatını itirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR