Məşhur dietoloq karantin günlərində kökəlməyin qarşısını alan ən effektiv vasitəni açıqladı

Məşhur dietoloq karantin günlərində kökəlməyin qarşısını alan ən effektiv vasitəni açıqladı
23:27 20 Aprel 2020
238 Ölkə
Ölkə mətbuatı
A- A+

Koronavirus pandemiyası səbəbilə çoxumuz işimizi evdən görürük. Xəstəliklə bağlı artıq pozitiv proqnozlar gəlməyə başlasa da, günlərlə evdə qalmaq stress yaradır. Stress isə aclıq hissini gücləndirir. Bəs belə hallarda aclıq və şirniyyat istəyi ilə necə mübarizə aparmaq olar?

Milli.Az xəbər verir ki, türk dietoloq Hazal Çatırtan Çobanoğlu qatığı buynuz ağacı bitkisi ilə qarışdırmağı tövsiyə edib.

Yemək saatlarını ötürməyin

Tam, balanslı yemək hazırlayın və yeyin. Yeməklərinizdə karbohidratlar, protein, yağ olmalıdır, gün ərzində 2-3 əsas yemək və 1-2 qəlyanaltı etməlisiniz. Səhər yeməyini gec edirsinizə, naharı ötürə bilərsiniz, qəlyanaltı yeyə və sonra şam edə bilərsiniz. Meyvə, süd və quru meyvələr sizi tox saxlayar.

Karbohidratı tamamilə kəsməyin

Ağır karbohidratlar köklüyə səbəb olur, lakin taxıl çörəyi, meyvə, paxla, mərci kimi faydalı karbohidrat mənbələrini rasiondan çıxarmayın. Məsələn, hər yeməyə 1 dilim taxıl çörəyi əlavə etmək aşırı şirniyyat istəyindən qoruya bilər. Bədənin ehtiyacı olduğu faydalı karbohidratların qəbul edilməməsi orqanizmdə çatışmazlığa və qanda şəkər miqdarının pozulmasına səbəb ola bilər. Bu halda biz şəkər, şokolad və şirniyyata yönəlirik.

Su için

Gündə ən azı 2 litr su içmək vacibdir, çünki susuzluq çox vaxt aclıqla qarışır. Odur ki, aclıq hiss etdikdə əvvəlcə su için. Bu, toxluq hissi yaradır.

Qlisemik indeksi yüksək olan ərzaqlardan imtina edin

Paketlənmiş un məmulatları kimi qlisemik indeksi yüksək olan qidalara üstünlük vermək qanda şəkər səviyyəsinin pozulması ilə nəticələnə bilər. Odur ki, qablaşdırılmış şirniyyatlar almayın.

Faydalı alternativlər seçin

Bəzən nə etsək də, şirniyyat istəyinin qarşısını ala bilmirik. Belə zamanlarda ən azından sağlam, təbii, qlisemik indeksi aşağı olan yüngül desertlər hazırlayın. Bu, şirniyyat böhranının qarşısını alacaq. Meyvə, meyvə qurusu, meyvə salatı, bir neçə dilim tünd şokolad və s.

Meyvə porsiyalarına diqqət

Evdə olduğumuz müddətdə kökəlməmək üçün günlərlə aşağı kalorili yeməklərə üstünlük vermək, yemək saatlarını ötürmək və detoks etmək karbohidrat çatışmazlığı yaradır, bu da daha çox şirniyyat istəyi yaradır. Südlü qəhvə ən yaxşı xilaskarlardan biridir. Bundan əlavə, gün ərzində qatıq, süd və ya yulafa 1 çay qaşığı darçın, yaxud buynuz ağacı tozunu əlavə etməklə qanda şəkərin səviyyəsini normaya sala bilərsiniz.

Yaxşı yatın

Yuxusuzluq leptin (doyma hormonu) səviyyəsinin aşağı düşməsi, qrelin (aclıq hormonu) səviyyəsinin artması və endokannabinoid adlanan qan yağının artması səbəbi ilə aclığa və şirniyyat istəyinə gətirib çıxarır. Mütəmadi olaraq 7-9 saat yatın.

Hərəkətsiz qalmayın

Fiziki aktivliyin doyma hormonuna təsir etdiyi və toxluq hissi yaratdığı barədə bir çox araşdırma var. Fiziki cəhətdən aktivsinizsə stress azalacaq, leptin işə düşəcək və şirniyyat yemək istəyi şiddətlənməyəcək. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/843646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR