Epidemioloqdan radikal ÇIXIŞ - Uşaq bağçaları və məktəblər açılmalıdır

Epidemioloqdan radikal ÇIXIŞ - Uşaq bağçaları və məktəblər açılmalıdır
23:38 20 Aprel 2020
Ölkə mətbuatı
A- A+

“İnanıram ki, indi uşaq bağçaları və məktəbləri açmaq mümkündür. Bu kontingentlər xəstələnmir, təbii şəkildə qorunurlar. Onların yüksək həssaslığı və yayılma dərəcəsi yoxdur və bu şərtlər altında dolaşan virus öz yoluxuculuğunu itirəcək”.

Publika.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putinlə sanitariya-epidemioloji vəziyyətlə əlaqədar keçirilən görüşdə Elm, Tədqiqat Vaksinlər və Serumlar İnstitutunun müdir müavini, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Nikolay Filatov deyib:

“Yoluxuculuq indi də itir, amma istədiyimiz qədər deyil. Parklar, istirahət yerlərinin tədricən açılmasını xahiş edərdim. Görürsünüz ki, asimptomatik olan uşaqlar "COVID-19"u yüksək hərəkətli, aktiv keçirir”.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/311374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR