Çinlilər rəqib arayırlar - FOTO

Çinlilər rəqib arayırlar - FOTO
23:17 17 Yanvar 2015
295 Maraqlı
Ölkə mətbuatı
A- A+

Guangzhou Automobile Group beynəlxalq Detroyt-2015 avtosalonunda özünün yeni GS4 krossoverini təqdim edib. Avtomobil qərbin avtomobil dərgilərinin açıq-aşkar böyük marağına səbəb olub. GAC Group rəhbərliyi şirkətin dünya bazarına çıxmasında yeni avtomobilin böyük rol oynayacağına ümid edirlər. Avtosalonda adlı-sanlı şirkətlərin yeni modellərinin gurultulu təqimatları fonunda Çinin GAC Group şirkəti qərb KİV-lərinin diqqətini hər halda öz krossoverinə cəlb edə bilib.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, təqdim edilən avtomobil yalnız 1,3 litrlik benzin turbo mühərriklə təchiz ediləcək. Onun xüsusiyyətləri hələlik məlum deyil. Avtomobilin salonu da kifayət qədər təmkinli və keyfiyyətli görünür.
 
Ümumilikdə Trumpchi GS4 özünün müasir Koreya və yapon avtomobilləri səviyyəsində sakit xarici görkəmi ilə diqqət çəkir ki, bu da avropalı və amerikalı müştərilər tərəfindən bəyənilə bilər.
 
Milli.Az












RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR