Rusiyalı futbolçu məşq zamanı öldü

Rusiyalı futbolçu məşq zamanı öldü
09:47 21 Aprel 2020
239 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Lokomotiv" (Moskva) klubunun yetirməsi İnnokenti Samoxvalov dünyasını dəyişib.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, bu barədə Moskva təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Fərdi məşq zamanı halı pisləşən 23 yaşlı futbolçu qəflətən ölüb. Faciənin dəqiq səbəbləri araşdırılır.

Ailəli olan müdafiəçinin özündən sonra azyaşlı oğlu qalıb.

Qeyd edək ki, İnnokenti Samoxvalov "Lokomotiv"in farm-klubu olan "Kazanka"da çıxış edirdi. O, sözügedən komandaya bu mövsümün əvvəlində keçmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/843756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR