"Nissan" təxminən 15 min əməkdaşını məzuniyyətə göndərəcək

"Nissan" təxminən 15 min əməkdaşını məzuniyyətə göndərəcək
10:22 21 Aprel 2020
213 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyanın "Nissan" avtomobilqayırma korporasiyasının rəhbərliyi yeni növ koronavirusun yayılması ilə əlaqədar təxminən 15 min əməkdaşının ödənişli məzuniyyətə göndərilməsi barədə qərar qəbul edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, məzuniyyətə göndəriləcək əməkdaşlar aprelin 27-dən mayın 1-dək iş yerlərinə gəlməyəcəklər.

Bildirilir ki, məzuniyyətə Yaponiyada yerləşən zavodların menecment və texniki inkişaf şöbələrinin mütəxəssisləri göndəriləcək.

Qeyd edək ki, Yaponiyada koronavirusa 12 minə yaxın yoluxma və 276 ölüm halı qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR