"Barselona"dan ayrılmaq fikri yoxdu

"Barselona"dan ayrılmaq fikri yoxdu
10:57 21 Aprel 2020
106 İdman
Ölkə mətbuatı
A- A+

Samuel Umtiti mövsümün sonunda "Barselona"nı tərk etmək niyyətində deyil.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Umtitinin transfer təkliflərini dinləmək fikri yoxdu. Fransız futbolçu "Barselona"da qalmaq və yenidən komandanın aparıcı üzvünə çevrilmək istəyir. O, yeni baş məşqçi Kike Setyenin rəhbərliyi altında bunu bacara biləcəyindən əmindi.

Umtiti həm şəhərdə, həm də kifayət qədər fransızın olduğu komandada özünü rahat hiss edir və klubun nüfuzlu futbolçuları tərəfindən hörmət görür.

Daha əvvəl "katalonlar"ın Neymar (PSJ) transferində 26 yaşlı oyunçudan "barter" variantı kimi istifadə edəcəyinə dair xəbərlər yayılmışdı.

Umtitinin "Barsa" ilə müqaviləsi 2023-cü ildə başa çatır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/843774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR