Rusiyalı ekspert: "Azərbaycan hökumətinin gördüyü tədbirlər düşünülmüş və vaxtında atılan addımlardır"

Rusiyalı ekspert: "Azərbaycan hökumətinin gördüyü tədbirlər düşünülmüş və vaxtında atılan addımlardır"
11:57 21 Aprel 2020
189 Ölkə
Ölkə mətbuatı
A- A+

Mövcud vəziyyətdə sosial sabitliyin dəstəklənməsi üzrə müxtəlif proqramlar çərçivəsində ayrılan yardımın məbləğinə və əhalinin əhatə dairəsinə əsasən demək olar ki, Azərbaycan rəhbərliyi tərəfindən mühüm addımlar atılır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə rusiyalı ekspert Stanislav Pritçin deyib.

O bildirib ki, 2,5 milyon vətəndaşın sosial dəstəyi və məşğulluğunun təmin olunmasına yönələn yardım onların ailələrini də əhatə edəcək:

"Başqa sözlə, bu yardım Azərbaycanda indiki vəziyyətdə daha çox insanın sosial müdafiəsini dəstəkləməyə kömək edəcək. Başa düşmək lazımdır ki, Azərbaycan hökuməti neft qiymətlərinin azalması, eləcə də hər kəsin işləmək imkanı olmadığı iqtisadi böhran fonunda biznesə və əhaliyə kömək edir. Ona görə də, hökumət tərəfindən qəbul edilən tədbirlər kifayət qədər düşünülmüş və vaxtında atılan addımlardır".

S.Pritçin, bu tədbirlərdə ASAN və DOST xidmətlərinin rolunu da qeyd edib:

"Belə xidmətlərsiz dövlətə sosial yardımı vermək və bu çətin dövrdə insanlarla işləmək daha çətin olardı".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/843820.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR