Qonşuların mübahisəsi qanla bitdi

Qonşuların mübahisəsi qanla bitdi
12:05 21 Aprel 2020
193 Ölkə
Ölkə mətbuatı
A- A+

Şabran rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Elnur Bağırov şəxsi münasibətlər zəminində həmkəndlisi Hüseyn Eyyubovla mübahisə edib. Mübahisə dava ilə nəticələnib və H.Eyyubov E.Bağırovu bıçaqlayıb. Yaralı Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/843786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR