Ali məktəblərə keçiriləcək imtahanların formatında dəyişiklik olacağmı? -

“Xüsusi karantin rejimi Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus infeksiyasının qarşısının alınması və insanların həyatının qorunması üçün 4 may tarixinə qədər uzadılıb. Bununla əlaqədar Dövlət İmtahan Mərkəzinin işində də yanvar ayından elan olunan qrafikə dəyişiklik etmişik”.

Metbuat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

“Qəbul imtahanlarının keçirildiyi formatda ola bilməsi sual altındadır. Bu da sanitar gigiyenik qaydalara uyğun keçirilməlidir”.

M.Abbaszadə bu məsələ üzərində kollektivlərinin ciddi işlədiyini bildirib: “Onlar çalışırlar ki, mövcud şərait imtahanın keçirilməsinə əlavə təsir göstərməsin”.

DİM sədri xatırladıb ki, 1993-cü ildə imtahanlar payız ayında keçirilmişdi: “Düzdür, həmin vaxt ayrı şərait idi. Düşmənlərimiz təhsil sisteminin düzgün qurulmasına imkan vermirdi. Amma indi vəziyyət daha mürəkkəb məsələdir. Hesab edirəm ki, xalqımız bu vəziyyətdən sağlam şəkildə çıxa biləcək”.

"Tədris başqa dildən olan şagirdlərin Azərbaycan dilində onlayn imtahanları ilə bağlı müəyyən araşdırmalar aparılıb".

Məleykə Abbaszadə deyib ki, bu məsələ karantin rejimi qaydalarının nə dərəcədə dəyişməsindən asılıdır:

“Onlayn imtahan keçirmək üçün DİM hazırdır. Lakin təhlükəsizliyi izləmək çox ciddi məsələdir və bunu təmin etmək üçün böyük maddi resurs lazımdır. Bu imtahanlarda tək online yox offline imtahanlar da müzakirə olunur. Bununla bağlı Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Onların teledərslər aparması təcrübəsini də öyrənirik”.

"Hazırda Nazirlər Kabinetinin magistratura səviyyəsi üzrə vakant yerlərin sayının təsdiqini gözləyirik. Bundan sonra ixtisas seçimi mərhələsini başlaya biləcəyik. Yalnız qabiliyyət imtahanı məsələsi qalıb, bunun da online yoxsa offline keçirilməsi müzakirə olunur", - DİM sədri əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR