​Keçid balları bu il necə formalaşacaq? -

Keçid balları bu il keçiriləcək imtahan nəticələrindən sonra bilinəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, hazırda bununla bağlı fikir söyləmək mümkün deyil.Yalnız imtahanlar keçirildikdən sonra bu barədə danışmaq olar. Hazırda təxirə salınan bəzi imtahanların formatı müəyyənləşdiriləcək. İmtahanlarımız kütləvi şəkildə həyata keçirilir. Həmin imtahanlarda kütləvilik məsələsinin həlli Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən müəyyən ediləcək".

O bildirib ki, keçiriləcək imtahanlarda bir partanın arxasında bir abituriyentin oturması nəzərdə tutulur:

“Halbuki əvvəl stol arxasında iki nəfər otururdu. İndi əsas məsələ sanitar gigiyenik təhlükəsizliyin təmin edilməsidir. Abituriyentlər arasında 1 metr məsafə olmalıdır. Biz bu normativləri nəzərə alacağıq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR