Azərbaycanda keçmiş məhkum polis şöbəsində özünü bıçaqladı - AÇIQLAMA

Azərbaycanda keçmiş məhkum polis şöbəsində özünü bıçaqladı - AÇIQLAMA
12:47 21 Aprel 2020
204 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad Rayon Polis Şöbəsində bıçaqlanma hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, rayon sakini, 1983-cü il təvəllüdlü Cəmaləddin Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Cəlilabad RPŞ-yə gətirilib. 

O, orada təhqiqatçı Həbib Nəsirovun xidməti otağında qarnına bıçaqla xəsarət yetirib.

C.Əliyev xəstəxanaya aparılıb, vəziyyəti stabildir. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev məlumatı saytımıza təsdiqləyib.

O bildirib ki, Cəlilabad Rayon Polis Şöbəsinə daxil olan müraciətdə şəhər sakini, əvvəllər məhkum olunmuş Cəmaləddin Əliyevin narkotik vasitə aludəçisi olduğu, üzərində narkotik vasitə gəzdirdiyi bildirilərək, bununla bağlı tədbir görülməsi xahiş olunub:

"Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, RPŞ-yə gətirilən C.Əliyevin vəkilin, hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilərkən o, üzərində gizlətdiyi kəsici alətlə qarın nahiyəsindən özünə bir dəfə xəsarət yetirib. 

Həmin şəxsə dərhal ixtisaslı tibbi yardım göstərilməsi üçün Cəlilabad Diaqnostika Mərkəzinə çatdırılıb. Ona tibbi yardım göstərilərək sarğı edilib. Daha sonra vəkilin və hal şahidlərinin iştirakı ilə onun üzərindən bir bükümdə ümumi çəkisi 3,144 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb".

"Hazırda C.Əliyevin vəziyyəti qənaətbəxşdir", - DİN rəsmisi qeyd edib. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/843835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR