Koronavirusdan sağalanların dəri rəngi niyə dəyişir? -

Koronavirus xəstələrini müalicə edən və koronavirusa yoluxan kardioloq Yi Fan və uroloq Hu Veyfenqin müalicədən sonrakı görüntüsü diqqət çəkib.

Metbuat.az xəbər verir ki, iki həkim 18 yanvarda koronavirusa yoluxub və 2 ay müalicə alaraq sağalıblar. Müalicədən sonra onların dəri rənglərinin dəyişdiyi görülüb. Çin mütəxəssisləri buna səbəb kimi müalicə zamanı qaraciyərə zərər dəyməsini göstəriblər.

Çinin Elm və Texnologiya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Sonq Jianxin həkimlərin orqanlarının müalicə sırasında zədə aldığını deyib, qaraciyərlərdə depolanmalı olan dəmirin orqanlar düzgün işləmədiyi üçün damarlara dolduğunu qeyd edib. Buna görə də dəri rəngində dəyişiklik müşahidə edildiyini vurğulayıb.

Mənbə: HaberGlobal


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR