Mən yalnız Afaq Bəşirqızının... -

Xalq artisti Valeh Kərimov həmkarı, Xalq artisti Afaq bəşirqızı ilə bağlı yaranmış qalmaqala fikir bildirib.

Metbuat.az xəbər verir ki, sənətkar "Ölkə.Az"-a açıqlamasında dünənki hadisədən xəbərsiz olduğunu deyib:
''Mən dünən Afaq xanımla gedən xəbərlərdən xəbərsizəm. Çünki həmin xəbərəri nə oxumuşam, nə də izləmişəm. Köhnə həmkarı olduğuma görə də yalnız yaxşı tərəflərini deyə bilərəm. Afaq xanım istedadlı bir aktrisadır. Xalqın, hər kəsin sevdiyi Xalq artistidir. Çox yaxşı iş yoldaşıdır. Biz Afaq xanımla 15 il birlikdə işləmişik. Hər zamanda bir-birimizə hörmət etmişik''.

Qeyd edək ki, ötən gün isə onun ARB TV-də efirə gedən "Elgizlə izlə" proqramında işlətdiyi qeyri-etik ifadələr gündəmə gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR