Türkiyənin məşhur aktyoru həyatını itirib

Türkiyənin tanınmış teatr və kino aktyoru Umud Dəmirdələn həyatını itirib.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı onun həmkarı Nədim Sabah mediaya bildirib:

"Çox təəssüf ki, Umud Dəmirdələn bir neçə saat əvvəl həyatını itirdi. Başımız sağ olsun".

Qeyd edək ki, aktyor bir müddətdir ağciyər xəstəliyindən əziyyət çəkirdi. O, "En son babalar duyar" və "Kurtlar Vadisi: Pusu" seriallarındakı rolları ilə daha çox məşhur idi.

Mənbə: haberler.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR