Aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdı

Aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdı
17:33 21 Aprel 2020
228 Ölkə
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, aprelin 20-də Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ rayonları, eləcə də Abşeron rayonu və respublikanın digər şəhər və rayonları üzrə 553 818 nəfərə, bu gün, aprelin 21-də isə paytaxtın Nizami, Nərimanov, Xətai, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə 162 682 nəfərə müavinət, təqaüd və kompensasiya ödənilib.

Beləliklə, 716 500 nəfərə qeyd edilən sosial təminat növləri üzrə ödənişlər edilib.

Xatırladaq ki, aprel ayının bütün pensiya ödənişləri də bu ayın 8-15-də həyata keçirilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/311465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR