BŞTİ-də vətəndaşların qəbulu mayın 4-dək dayandırılır

BŞTİ-də vətəndaşların qəbulu mayın 4-dək dayandırılır
18:05 21 Aprel 2020
179 Ölkə
Ölkə mətbuatı
A- A+

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il mayın 4-dək fəaliyyətini dayandırıb.

İdarədən Milli.Az-a verilən məlumata görə, qeyd olunan dövr ərzində müraciətlər BŞTİ-nin Məlumat sorğu mərkəzi (Telefon: 012-599-12-22) vasitəsilə cavablandırılacaq.

Vətəndaşlar həmçinin, idarənin rəsmi info@baku.edu.gov.az, mailform@baku.edu.gov.az elektron poçt ünvanlarına müraciət edə bilərlər. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yazdıqları məktubları və ya digər müvafiq sənədləri İdarənin əsas giriş qapısının yanındakı poçt qutusuna sala bilərlər.

Rəsmi məlumatları BŞTİ-nin internet saytı (www.baku.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/843941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR