Bakıda qadın hədə-qorxu ilə kişinin pulunu aldı

Bakıda qadın hədə-qorxu ilə kişinin pulunu aldı
18:12 21 Aprel 2020
232 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Xətai rayonunun Polis İdarəsinin əməkdaşları hədə-qorxu yolu ilə pul tələb edən şəxsi saxlayıblar.

Bu barədə Milli.Az-a Xətai rayonu Polis İdarəsindən məlumat daxil olub.

Belə ki, aprelin 20-də 1989-cu il təvəllüdlü Ş.F. polisə müraciət edib. O, 1993-cü il təvəllüdlü M.İ.-nin 2019-cu ilin noyabr-dekabr aylarında ondan şantaj yolu ilə 1500 manat aldığını deyib.

Araşdırma zamanı məlum olub ki, Ş.F. fahişəliklə məşğul olan M.İ.-nin müştərisi olub. Əvvəlcə qız ona həmin şəxsin guya qıza borclu olması adı ilə polisə xəbər verəcəyi barədə hədə-qorxu gəlib. Buna görə, həmin şəxs qıza tələb etdiyi məbləği verib.

M.İ.nin üç oxşar cinayətdə adı keçir.

Şübhəli şəxs tutulub və məsuliyyətə cəlb edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/844008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR