Almaniyanın məşhur “Oktoberfest” festivalı təxirə salındı

Almaniyanın məşhur “Oktoberfest” festivalı təxirə salındı
18:32 21 Aprel 2020
263 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın Münhen şəhərində təşkil olunan ənənəvi "Oktoberfest" festivalı təxirə salınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bavariya federal torpağının Baş naziri Markus Zeder deyib.

O bildirib ki, festival müddətində çoxlu sayda insanın toplaşması koronavirus infeksiyasının yenidən ortaya çıxmasına səbəb ola bilər. Bundan başqa, festivalın qonaqları üçün əlcək, maska və digər qoruyucu vasitələrlə təmin olunması çətin görünür.

Qeyd edək ki, "Oktoberfest" hər il sentyabrın sonu - oktyabrın əvvəlində keçirilir və milyonlarla qonaq cəlb edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR